TARİX

KENEKSI - Shenzhen Cheng Run Communications Device Çin şirkəti tərəfindən yaradılmış ticarət markasıdır. Mobil texnologiyalar bazarına KENEKSI öz məhsulları ilə 2011 - ci ildə çıxmışdır. Bu gün KENEKSI telefonları və smartfonları Rusiyanın, MDB ölkələrinin, Avropanın, Cənubi Amerikanın və Afrikanın bütün böyük şəbəkələrində təqdim olunur. Şirkət özünün dünya bazarlarında satış əhatəsini getdikcə genişləndirməkdədir.
2016 - cü ilin nəticələrinə əsasən bu gün 4 000 000 - dən artıq insan KENEKSI devayslarının istifadəçisinə çevrilmişdir. Texnoloji məhsullar ideyasını həyata keçirən KENEKSI bahalı smartfonlara alternativ təqdim edir. İstifadə olunan materialların və hissələrin yüksək keyfiyyəti, aktual xarakteristikalar və əlverişli qiymət müasir dövrdə mobil telefonun seçimi zaman əsas arqumentlər kimi çıxış edir. Bütün smartfonlar 2 aktiv SİM - kartın dəstəklənməsi ilə işləyir, keyfiyyətli qabaqcıl ekranlarla təchiz olunmuşdur və ən yaxşı materiallardan istifadə olunaraq hazırlanan üslublu korpusa malikdir.

BİZİM DƏYƏRLƏRİMİZ

Yüksək keyfiyyət
Bizim məhsullar müstəsna olaraq yüksək keyfiyyatli materiallardan hazırlanmışdır: ekran, korpus, aksessuarlar və daxili detallar. Bütün bunlar qurğunuzun xidmət müddətini artırmaq imkanını təmin edir!
Görkəmli dizayn
KENEKSI smartfonlarının və telefonlarının dizaynı Sizləri laqeyd qoymayacaq! Zərifdən brutala, sadədən premiuma qədər çeşidlər sırasında öz dizaynınızı mütləq tapmış olacaqsınız!
Qiymət uyğunluğu
KENEKSI məhsulları - qiymət və keyfiyyətin ən səmərəli birləşməsidir. Etibarlılıq və üslub hər kəs üçün əlverişlidir.

BİZİM MİSSİYAMIZ

Biz KENEKSI qurğularını rahat, praktik və əlverişli etmək üçün dünya tendensiyalarını öyrənirik. Biz tanınmış dünya istehsalçısına çevrilərək, hər bir istifadəçinin sevgisini və etibarını qazanmağa çalışırıq.

İSTEHSAL

Shenzhen Cheng Run Communications Device şirkəti şəxsi KENEKSI ticarət markası ilə mobil qurğuların istehsalında ixtisaslaşır. Şirkət əsas fəaliyyət növləri aşağıda sadalanmış SHENZHEN SSUN INDUSTRY CO.LTD korporasiyasının tərkibinə daxildir:
- Apple, Samsung, Huawei və bütün dünyada tanınmış digər firmaların smartfonları və planşet kompüterləri üçün ehtiyat hissələrinin istehsalı; - ÇXR ərazisində kommersiya və yaşayış məqsədləri ilə iri daşınmaz əmlak obyektlərinin tikintisi.
Shenzhen Cheng Run Communications Device Co., Ltd şirkəti 1997 - ci ildə yaradılmışdır. Şirkət yüksək texnoloji məhsulların istehsalı və ixracı fəaliyyəti ilə məşğuldur ki, bu fəaliyyətə istər müasir texnologiyalar əsasında yeni məhsulların hazırlanması, istərsə də bu məhsulların geniş satışı daxildir. Şirkət Şençjendə - Çinin cənubunda sürətlə inkişaf edən şəhərdə yerləşir. Şirkətin əsas məqsədi - mobil telefonların optimal qiymətə və keyfiyyətə malik olan beynəlxalq brendinin yaradılmasıdır. Uğurun açar amili elmi - texniki bazanın yüksək səviyyəsidir. Şirkət bu sahədə görkəmli mütəxəssisləri və əməkdaşları cəlb edir ki, bu da öz növbəsində, texnologiya və dizayn sahələrində əldə olunan nəticələrə ciddi təsir göstərmiş olur. 150 mühəndisdən 15 nəfəri ali kateqoriyaya malik mühəndislərdir ki, onlar paralel olaraq dünyanın tədqiqat laboratoriyalarında fəaliyyət göstərirlər. Biz dünyanın radioəlaqə, hi - tech texnologiyaları və proqram təminatı sahələrində ixtisaslaşan məşhur şirkətləri ilə əməkdaşlıq edirik.

FABRİK

Fabrikimiz son texnologiyalar əsasında təchiz olunmuşdur və 10 000 m² sahəsi olan ərazini əhatə edir. Zavodun məhsuldarlığı ayda 1 500 000 telefon və digər firmalar üçün istehsal olunan 20 000 000 korpus təşkil edir.

KENEKSI VASİTƏSİLƏ ÜNSİYYƏTDƏN HƏZZ ALIN!